Premyer Liqa klubundan eyni anda iki xoş xəbər var

26 Yanvar 16:40 Sumqayıt 808
Premyer Liqa klubundan eyni anda iki xoş xəbər var

"Sumqayıt" Premyer Liqanın ikinci yarısına qələbə ilə başladı.

"Qəbələ"nin qonağı olan "kimyaçılar" Kasimir Ninqanın penaldan vurduğu qolla meydandan 3 xalla ayrılmağı bacardı.

Lakin qonaqlara sona kimi qələbənin dadını tam çıxarmaq müəssər olmadı.

Belə ki, komandanın liderlərindən biri hesab olunan Rövlan Muradov final fitinə saniyələr qalmış zədələnərək oyuna davam edə bilmədi.

25 yaşlı yarımmüdafiəçini gənc Nihad Əhmədzadə əvəzlədi.

Lakin Rövlanla bağlı narahatlığa ciddi əsas yoxdur.

Azarkeşlər onu qarşıdakı tur "Araz Naxçıvan"la matçda meydanda görə biləcəklər.

Üzündən zərbə alan futbolçunun sağlıq durumu yerindədir və kollektivlə məşqlərdə iştirak edir.

"Sumqayıt" cəbhəsini sevindirən digər xəbər Oktavio Manteka ilə bağlıdır.

Belə ki, Antalyada "Hermannştadt"la keçirilən yoxlama matçında xəsarət alan futbolçu bir müddət idi müalicə alırdı.

Bu səbəbdən "Qəbələ" ilə matçı buraxan orta xətt oyunçusu da artıq Samir Abasovun sərəncamındadır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti