Günün adamından üç cümlə: “Bir anda hiss etdim ki...”

24 Yanvar 20:40 Sumqayıt 382
Günün adamından üç cümlə: “Bir anda hiss etdim ki...”

Premyer Liqanın 19-cu turu çərçivəsində baş tutan “Qəbələ” – “Sumqayıt” qarşılaşmasında sevinən tərəf qonaqlar oldu.

Hər şey qolsuz bərabərliyə və komandaların xalları bölməsinə doğru gedirdi.

Meydan sahiblərinin qapısı qarşısına edilən asma zamanı Lukas Afriko ilə İsa Suliman arasında nə baş verdisə, ikinci qəfil yerə yıxıldı.

Baş hakim Kamal Umudlu qapıdan zərbə göstərişini vermişdi. Lakin VAR-dan gələn siqnal penaltiyə səbəb oldu. “Nöqtə”yə yaxınlaşan Kasimir Ninqa topla qapıçını fərqli cinahlara göndərib oyunun taleyini həll edən qola imzasını yazdırdı.

Matç başa çatandan sonra 11 metrlik cərimə zərbəsinə səbəbkar olan Lukas Afriko ilə epizodun təkrarını dəfələrlə izləyən Murad Musayev hakimin ədalətli qərar qəbul etmədiyini bildirirdi.

Təbii, belə məqamda hadisənin digər iştirakçısı – komandasına penalti qazandıran İsa Sulimanın mövqeyi maraq doğurmaya bilməz.

Pakistanlı müdafiəçi Sportinfo.az-a açıqlamasında qısa danışıb:

“İkili mübarizə idi. Mən öz işimi görürdüm və bir anda bədənimdə zərbə hiss etdim. Hakimlərin qərarı penalti oldusa, deməli, nəyisə gördülər”.

25 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “Sumqayıt”ın heyətində meydana çıxdığı 11 oyunda 2 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti