Türkiyədə oynadı, Azərbaycana zədəli qayıtdı

22 Yanvar 2024 02:20 Sumqayıt 904
Türkiyədə oynadı, Azərbaycana zədəli qayıtdı

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” ilə oyunda bir sıra futbolçularının xidmətindən istifadə edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, Vüqar Mustafayev və Kristian Velinovskinin zədəli olduğu üçün meydana çıxmayacağı bəlli idi.

Onların sırasına Oktavio Manteka da qoşulub. Braziliyalı futbolçu Türkiyədə təlim-məşq toplanışında Rumıniyanın "Hermannstadt" klubu ilə ilk yoldaşlıq görüşündə zədələnib.

Buna görə də təcrübəli futbolçunun "Qəbələ" ilə matçda meydana çıxmayacağı gözlənilir.

"Qəbələ" - "Sumqayıt" matçı yanvarın 23-də Qəbələ şəhər stadionunda keçiriləcək və oyuna saat 16:30-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA