Premyer Liqa klubu 40000 dollara görə hücumçu ala bilmir

19 Yanvar 2024 14:40 Sumqayıt 1 614
Premyer Liqa klubu 40000 dollara görə hücumçu ala bilmir

Premyer Liqanın digər klublarından fərqli olaraq, «Sumqayıt» hələ sükutu pozmayıb.

Mövsümün ikinci bölümünün startına sayılı günlər qalıb, «kimyaçılar» transfer bazarında hərəkətə gəlməyib.

Samir Abasovun xidmətinə maraq göstərdiyi afrikalı hücumçu Azərbaycana gəlməyə razılıq versə də, təzminat üstündə yaranan fikir ayrılığı işi çətinə salıb.

«Gənclik şəhəri» təmsilçisinin izinə düşdüyü forvard Bolqarıstanda legioner həyatı yaşayır.

Məxsus olduğu klub 40 min dollar istəyir. «Sumqayıt»ın güzəşt xahişi bolqarların tükünü də tərpətməyib və məsələ açıq qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM