Samir Abasov: "Onlar geri qalırlar, açıq deyim ki..."

20 Yanvar 2024 19:40 Sumqayıt 949
Samir Abasov: "Onlar geri qalırlar, açıq deyim ki..."

Premyer Liqada gənc futbolçulara ən çox şans verən klublardan biri də "Sumqayıt"dır.

Məsələ heç də yalnız rəsmi oyunlarda meydana çıxmaqdan getmir.

Bu baxımdan "kimyaçılar" da axsayır.

Amma Abasov məşqlərdə gənc futbolçuların özünü göstərməsi üçün yetəri qədər şans verir.

Məsələn, sayı heç də az olmayan əvəzedici və U-19 komandalarının üzvləri əsas komanda ilə davamlı məşqlərdə olurlar, toplanışlara gedirlər.

Təcrübəli yerli və əcnəbi futbolçularla bir ortamı bölüşürlər.

Böyümək, inkişaf etmək yolunda gənc futbolçular üçün yuxarıda sadalanan faktlar çox önəmlidir.

Lakin təəssüf ki, aralarında hələ də bacarığı ilə seçilənləri azdı. Bəlkə də yox kimidir.

Kasad heyət, bu qədər zədəli fonunda belə kimsə parlaya bilmir.

Gənclər ələ düşən yaxşı fürsəti dəyərləndirə bilmirlər. Maraqlıdır, bütün bunların kökündə duran nədir?

Samir Abasovu dinləyək:

"Şans verdiyimiz gənclərdə bu gün nəsə görürük, amma gələcəkdə nəsə olacaq-olmayacaq başqa sualdı. Arasında 2008-2009 doğumlu uşaqlar var.

Əksəriyyətini lap balaca vaxtlarından tanıyıram. Açıq deyim ki, bu gün məşqlərə, toplanışa dəvət etsək də onlardan bugünkü gündə xeyir güdmək fikrində deyil.

Əksinə, məqsədimiz odur ki, onlar xeyir qazansınlar. Düzünü deyəsi olsaq nə məşqlərə, nə də Antalyaya gediləsi gücdə deyillər.

Fiziki olaraq, düşüncə olaraq geri qalırlar. Bu gün onlardan kimisə oyuna buraxsaq, sadəcə bu bizim akademiyanın uşağıdı deyə görüntü olacaq.

Yalnız Nihat Əhmədzadə xaric. Çünki Nihat əlavə proqramlarla çalışır. Fərq olduğu aydın görünür.

Digərlərinə də şans veririk ki, yavaş-yavaş möhkəmlənsinlər. Futbol olaraq düşünməyə başlasınlar. Bunun üçün onları əsas komandaya dəvət edirik".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA