"Sumqayıt" özbəklərə 3 qol vurdu, qalib gəldi

16 Yanvar 2024 20:20 Sumqayıt 1 072
"Sumqayıt" özbəklərə 3 qol vurdu, qalib gəldi

"Sumqayıt" bu gün Antalyada sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun yetirmələri Özbəkistan təmsilçisi "Soqdiana" üzərində 3:1 hesablı qələbə qazanıb.

Azərbaycan təmsilçisinin qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıb.

Bununla da "Sumqayıt"ın Antalya toplanışı başa çatıb. Komanda sabah səhər saatlarında Vətənə geri dönəcək

"Sumqayıt" Antalyada keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın “Hermanştadt” klubuna 0:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə