"Sumqayıt"lı gəncin hərəkətləri HEYRƏT DOĞURDU! - VİDEO

18 Yanvar 2024 23:40 Sumqayıt 758
"Sumqayıt"lı gəncin hərəkətləri HEYRƏT DOĞURDU! - VİDEO

"Sumqayıt"ın Antalya toplanışı davam edir.

Yanvarın 6-dan qardaş ölkəyə yollanan "kimyaçılar" üçün ilk sınaq matçı uğurlu alınmadı.

Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşan Samir Abasovun yetirmələri meydandan 0:3 hesablı məğlubiyyətlə ayrılmalı oldu.

Komandadan fərqli olaraq matçı bir futbolçu üçün uğurlu hesab etmək olar.

Söhbət gənc oyunçu Nihad Əhmədzadədən gedir.

Ehtiyatdan meydana çıxan 18 yaşlı vinger adından söz etdirməyi bacarıb.

O, Samir Abasovun ona böyük ümidlər bəsləməsinin səbəbsiz olmadığını əyani göstərmiş olub.

“21 nömrə” meydanda çox sərbəst olması ilə diqqətləri üzərinə çəkib.

Komanda yoldaşlarına ideal ötürmələr verməsi ilə yadda qalıb.

Hətta bir neçə epizodda driblinq bacarğını da ortaya qoya bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Niahdın rumıniyalılar önündəki performasının bir hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA