"Uduzsaq da, bizə xeyri dəyəcək" - “Sumqayıt”ın kapitanı

15 Yanvar 2024 16:20 Sumqayıt 815
"Uduzsaq da, bizə xeyri dəyəcək" - “Sumqayıt”ın kapitanı

“Hazırlıqlarımı yaxşı keçir.

Şükürlər olsun ki, heyətdə zədəli futbolçumuz yoxdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın kapitanı Elvin Bədəlov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Antalya toplanışını dəyərləndirən 29 yaşlı müdafiəçi çempionatın XIX turunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyuna hazır olacaqlarını bildirib:

“Uşaqlar maksimum çalışır. Bu təlim-məşq toplanışının bizə faydalı olacağına inanıram.

Düzdür, yükləmələr çox oldu. Lakin bu, normaldır.

İlk yoxlama matçımızı da yükləmələr altında oynadıq. Uduzsaq da, qarşılaşmanın bizə xeyri dəyəcək.

Çempionatın XIX turunun “Qəbələ” ilə oyununa hazırlaşırıq. İnanıram ki, yaxşı olacaq.

Hazırlıq prosesinin bitməsinə 2 gün qalıb. Əlimizdən gələni edirik ki, çempionata hazır olaq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM