Premyer Liqanın birinci yarısında adından söz etdirməyi bacaran legionerlərdən biri də Roi Keyhat oldu.
Vinger meydana çıxdığı 18 matçda rəqib qapılarından 5 qol keçirməyi bacarıb.
Təbii ki, bir cinah yarımmüdafiəçisi üçün kifayət qədər yaxşı göstəricidir.
32 yaşlı futbolçu göstərdiyi əla performansdan sonra artıq İsrail millisinə dəvət almağı da xəyal edir.
O, bu barədə Sportinfo.az-a açıqlamasında etiraf edib:
“Artıq 7 ildi İsrail millisinə dəvət almıram. Yenidən o formanı geyinmək üçün darıxmışam.
Yenidən ölkənin bir nömrəli komandasında oynamağı çox istəyirəm. Milli komandamız son illər kifayət qədər yaxşı çıxış edir və mən onlarla fəxr edirəm.
Yenidən milliyə dəvət almaq?
Bu, yaşaya biləcəyim ən yaxşı hisslərdən biridir və məni qürurlandırar”.
Roi ötən yay “Sumqayıt”a transfer olunub. İsrailin bütün aşağı yaş qrup millilərində çıxış etmiş futbolçu əsas komandada 5 matçda meydana çıxıb.
XANOĞLAN

