"Baş məşqçimiz iki transfer etmək istəyir, ola bilər, sabah mənə desinlər ki…"

14 Yanvar 2024 15:15 Sumqayıt 1 343
"Baş məşqçimiz iki transfer etmək istəyir, ola bilər, sabah mənə desinlər ki…"

«Transfer çalışmalarımız davam edir.

Samir Abasovun bir yaxşı sözü var, ondan bu haqda soruşanda, deyir ki, hələ kimsə çemodanını yığıb gəlməyib, amma danışıqlar apardığımız futbolçular var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev söyləyib.

Premyer Liqada qış «transfer pəncərəsi» açılıb. Bu bazarda hələlik tərpəniş göstərməyən yeganə klub «Sumqavyıt»dır.

Elitanın digər təmsilçiləri heyətini gücləndirmək istiqamətində real addımlar atıbsa və atmağa davam edirsə, «kimyaçılar»ın düşərgəsində tam sakitlik hökm sürür.

Sadəcə, səs-səmir çıxır. Və buna əsaslansaq, «gənclik şəhəri» nümayəndələrinin 2 legionerlə danışıqlar apardığını söyləyə bilərik.

Klubun press-ateşesinin dediyinə görə, onlar qış fasiləsini boş keçirməyəcəklər:

«Mən bu söhbətlərin içində deyiləm, amma eşitdiyim və bildiyim qədəriylə namizədlər var. Samir müəllim iki yerə axtarış verib.

Bir vinger, bir hücumçu istəyir. Müəyyən oyunçulara baxılıb və bəyənilib.

Statusları soruşulub, indi hansı vəziyyətdə olduqları öyrənilib. Maraqlanıblar ki, müqaviləsi nə vaxt bitir, nə vaxt gələ bilər.

Amma mən indi deyə bilmirəm ki, sabah filankəs, birisigün filankəs gələcək. Düşərgəmizə nə baxışa gələn var, nə də gedən.

Bizə yeni kimsə qoşulmayıb. Sabah-birisigün kiminə gəlməsi də gözlənilmir.

Ola bilər, anidən fikir dəyişər, mənə desinlər ki, sabah filankəsə bilet göndər, qoy gəlsin. Belə olması mümkündür».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA