"Onlar üçün darıxırıq, heyətimiz geniş deyil"

13 Yanvar 2024 19:40 Sumqayıt 883
"Onlar üçün darıxırıq, heyətimiz geniş deyil"

“Təlim-məşq toplanışı yaxşı gedir, biz məşq edirik, forma yığmağa çalışırıq.

Ümid edirik çempionatın ikinci hissəsinə hazır olacağıq”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev dilə gətirib.

Təcrübəli futbolçu davamında ilk yoxlama görüşündə Rumıniya təmsilçisi “Hermanştadt”a 0:3 hesabla uduzmalarını da qısaca şərh edib:

“Təlim-məşq toplanışındakı ilk oyunda yük altında oynadıq.

Mübarizə aparmaq elə də asan deyildi. Digər tərəfdən, hesab oyuna uyğun gəlmədi, sadə qollar buraxdıq, bu oyundan nəticə çıxarıb davam etməliyik”.

Xaçayev heyətlərinin kasad olduğunu və zədəli futbolçularından Vüqar Mustafayev və Kristian Velinovskinin yolunu səbrsizliklə gözlədiklərini bildirib:

“Vüqar və Kristian üçün darıxırıq, heyətimiz geniş deyil. Hər bir oyunçu komanda üçün önəmlidir, onların tez qayıtmasını gözləyirik”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA