"Bu səhvlərimizin qarşısını almaq üçün...." - Samir Abasov

13 Yanvar 2024 08:30 Sumqayıt 663
"Bu səhvlərimizin qarşısını almaq üçün...." - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov bu gün "Hermanştadt"la (0:3) matçdan sonra klubun mətbuat xidmətinə danışıb.

Sportinfo.az xəbər verir ki, Abasov komandasının məğlubiyyətini şərh edib:

"Çox çətin oyun oldu. Əslində belə də gözləyirdik.

Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır.

Uşaqlar mənim tapşırıqlarıma əsasən əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır.

Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir.

Nəticə məyusedici olsa da, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik.

Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM