Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Sumqayıt” ölkə xaricinə üz tutub.
18 turdan sonra Premyer Liqanın liderlər qrupunda qərarlaşan “kimyaçılar” 2 legionerlə danışıqlar aparır.
“Gənclik şəhəri” təmsilçisinin rəhbərliyi baş məşqçi Samir Abasovun istəyinə uyğun davranaraq, Avropa və Cənubi Amerikadan olan əcnəbilərlə əlaqəyə girib.
Onlardan biri sağ cinahda oynaya bilən solaxay vinger, digəri isə mərkəz hücumçusudur.
SPORTİNFO.AZ

