"Sumqayıt" bu gün Rumıniya klubuna özünü göstərəcək

12 Yanvar 2024 13:40 Sumqayıt 564
"Sumqayıt" bu gün Rumıniya klubuna özünü göstərəcək

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun komandası Rumıniya təmsilçisi “Hermanştadt” ilə qarşılaşacaq.

Görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

“Hermanştadt” hazıda Rumıniyanın yüksək liqasında 21 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.

“Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA