"Sumqayıt" rəhbərliyi Antalyada məşqçilər korpusu ilə üz-üzə gəldi - FOTO FAKT

12 Yanvar 2024 23:00 Sumqayıt 704
"Sumqayıt" rəhbərliyi Antalyada məşqçilər korpusu ilə üz-üzə gəldi - FOTO FAKT

Yaxşı mövsüm keçirən "Sumqayıt"ın Antalya toplanışı davam edir.

6 yanvar qardaş ölkəyə yollanan "Kimyaçılar" 17-si vətənə qayıdacaq.

Düşərgədə yaxşı əhval-ruhiyyə hökm sürür.

Hətta futbolçuların performansından hərkətə gələn rəsmilər və məşqçilər korpusu da Antalya havasında top qovamaq həvəsinə düşüblər.

Rəqiblərinə mövsümün birinci yarısı əməlli-başlı başağrısı olan məşqçilər korpusu bu dəfə meydanda prezident Riad Rəfiyev və dostlarına qarşı mübarizə aparmalı olub.

Gərgin keçən görüşdə nə az, nə çox 12 qol vurulub.

Ancaq qalibi müəyyənləşdirmək mümkün olmayıb - 6:6.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA