Premyer Liqanın legioneri özündən niyə narazıdır?

9 Yanvar 19:40 Sumqayıt 325
Premyer Liqanın legioneri özündən niyə narazıdır?

"Sumqayıt" 2023/24 mövsümünün birinci yarısını uğurla arxada qoymağı bacardı.

Komanda hazırda 27 xalla 4-cü pillədə qərarlaşıb.

Bunda komandanın yaponiyalı yarımmüdafiəçisi Masaki Muratanın da əməyi böyükdür.

O, 18 matçın hər birində meydanda olub.

Amma əcnəbi futbolçu çıxışından heç də razı deyil.

Səbəbləri Masakinin öz dilindən eşidək:

"Komandanın qalib gəlməsinə kömək etmək üçün görüləsi çox işim var. Məsələn, cəmi bir asistlə yadda qalmışam.

Amma düşünürəm ki, qol vurmaq və ötürmələr etmək üçün hücumlarda daha yaxından iştirak etməliyəm".

24 yaşlı orta sahə oyunçusu artıq ikinci mövsümdür ölkəmizdə çıxış edir. O, arxada qalan müddətdə digər klublarımızdan dəvət almadığını da sözlərinə əlavə edib:

"Hələ ki heç bir klubdan təklif almamışam. Ümumiyyətlə, fikrim ancaq daha yaxşı çıxış edərək "Sumqayıt"q kömək etməkdir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"