Azərbaycanlı klub prezidenti “qızılca”ya görə təyyarəyə minmədi

8 Yanvar 2024 19:00 Sumqayıt 821
Azərbaycanlı klub prezidenti “qızılca”ya görə təyyarəyə minmədi

“Sumqayıt" təlim-məşq toplanışı keçmək üçün yanvarın 6-da Türkiyəyə yollanıb.

Premyer Liqa təmsilçisi hazırda Antalya şəhərinin Lara bölgəsində hazırlıq keçir.

Klub prezidenti Riad Rəfiyev öncəki illərdən fərqli olaraq, bu dəfə səfərə çıxa bilməyib. Üzrlü səbəbdən.

Belə ki, “kimyaçılar”ın rəhbəri günlər öncə qızılca xəstəliyinə yoluxub. O, hazırda Bakıda müalicə kursu alır.

Komanda yanvarın 17-dək davam edəcək hazırlıq prosesi çərçivəsində iki yoxlama oyununda gücünü sınayacaq.

Samir Abasovun çalışdırdığı kollektiv yanvarın 12-də "Hermanştadt" (Rumıniya), 16-da isə "Soqdiana" (Özbəkistan) klubları ilə üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM