"Sumqayıt" Türkiyənin yolunu tutdu

6 Yanvar 2024 15:40 Sumqayıt 923
"Sumqayıt" Türkiyənin yolunu tutdu

"Sumqayıt" Premyer Liqada mövsümün ikinci yarısının hazırlıqlarını həyata keçirmək üçün Türkiyəyə yollanıb.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün Antalyaya yola düşüb.

"Kimyaçılar" yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” otelində məskunlaşacaq.

"Sumqayıt" qardaş ölkədə iki hazırlıq görüşü keçirməyi planlaşdırıb.

"Gənclik şəhəri" təmsilçisi yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubu ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA