Premyer Liqa klubu "yerli bazar"da çalışmaları DAYANDIRDI

6 Yanvar 23:40 Sumqayıt 918
Premyer Liqa klubu "yerli bazar"da çalışmaları DAYANDIRDI

"Sumqayıt" üçün qış fasiləsində yerli futbolçu transferi ilə bağlı məsələ qapanıb.

Buna səbəb "Kimyaçılar"ın danışıq apardığı yerlilərin məxsus olduğu klubların hər birinin təzminat istəyi olub.

Əslində bəzi oyunçular Samir Abasovun sərəncamında olmaq üçün özləri şəxsən kluba müraciət edib.

Baş məşqçinin də aralarında razı qaldığı adlar yer alıb.

Amma söhbət klublar arasında danışıqlar zamanı bitmiş olub.

Çünki Sumqayıt əmsilçisinin indiki durumda yerli futbolçu üçün əlavə xərcə düşmək imkanı məhdudur.

Böyük ehtimalla komanda qışdan sonra da hazırda heyətdə olan azərbaycanlılarla yola davam edəcək.

Hazırda bütün fikirlər xarici bazara yönəlib.

Məşqçilər korpusu gün ərzində çox sayda legionerin dosyesin nəzərdən keçirirlər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"