Premyer Liqa klubunun düşərgəsindən ən son məlumatlar necədir?

5 Yanvar 22:40 Sumqayıt 409
Premyer Liqa klubunun düşərgəsindən ən son məlumatlar necədir?

"Sumqayıt" yeni mövsümə hazırlığını doğma şəhərdə davam etdirir.

Komanda təlim-məşq toplanışı üçün yanvarın 6-sı Türkiyəyə yola düşəcək.

Hazırda düşərgədə yalnız yerli futbolçulardır.

Əcnəbilər isə qardaş ölkədə baş məşqçi Samir Abasovun sərəncamında olacaq.

Təcrübəli çalışdırıcı legionerlərin uzaq məsafədən gəlməsini nəzərə alaraq belə qərar verib.

Amma futbolçuların hamısı Antalyada bir araya gələ bilməyəcək.

Belə ki, zədə səbəbindən Kasimir Ninqa, Vüqar Mustafayev və Kristian Velinovskinin toplanışda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Abu Doss isə bir gün sonra kollektivə qoşulacaq.

Komanda 12 yanvar tarixində Rumıniyanın "Hermanştadt", 16 yanvar tarixində isə Özbəkistanın "Soqdiana" klubları ilə qarşılaşacaq.

"Kimyaçılar" bir gün sonra - 17 yanvar tarixində Antalya hazırlığını başa vurub vətənə qayıdacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"