"İndi o, işlərinin yaxşı getmədiyi Azərbaycanda oynayır"

29 Dekabr 2023 01:00 Sumqayıt 388
"İndi o, işlərinin yaxşı getmədiyi Azərbaycanda oynayır"

Kiprdə ötən yay “Anortosis”dən ayrılan futbolçuların karyeralarını harada və necə davam etdirmələri haqda müzakirə aparılıb.

Sportinfo.az xəbər verir ki, “Super Sport FM” portalı “Sumqayıt”ın hücumçusu Kazimir Ninqa haqda da yazıb:

"Kazimir Ninqa 2022-ci ilin yayında “Anortosis”dən ayrılan başqa oyunçudur. Liqa 1-dən gələn 30 yaşlı hücumçuya böyük ümidlər var idi.

Lakin o, gözləntiləri qarşılaya bilmədi və bir ildən sonra ayrıldı.İndi Ninqa işlərinin yaxşı getmədiyi Azərbaycanda oynayır.

Ölkə çempionatında o, komandasının heyətində 12 oyun keçirib, bir qol da vurmayıb".

30 yaşlı futbolçunun "Sumqayıt"la müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"