"Qarabağ" 700 manat, "Sumqayıt" 100 manat çox verəcək

28 Dekabr 2023 17:20 Sumqayıt 691
"Qarabağ" 700 manat, "Sumqayıt" 100 manat çox verəcək

AFFA İntizam Komitəsi (İK) "Sumqayıt"ı azarkeşlərə görə cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna fanatların "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII turunun matçında meydana kənar əşyalar atması səbəb olub.

Klub 800 manat ziyana düşüb.

İK "Qarabağ"ı da 700 manat cərimələyib. Ağdam təmsilçisinin 5 üzvü həmin turda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA