"Heç bir legionerlə vidalaşmayacağıq" - Rəsmi açıqlama

27 Dekabr 2023 15:00 Sumqayıt 1 377
"Heç bir legionerlə vidalaşmayacağıq" - Rəsmi açıqlama

«Sumqayıt» müqaviləsi davam edən legionerlərin heç biriylə yolları ayırmağa hazırlaşmır.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

«Kimyaçılar»ın press-ateşesi bildirb ki, bir neçə legionerin düşərgəni tərk edəcəyi yönündə yayılan xəbərlər həqiqətdən uzaqdır:

«Onsuz da, komandamızdakı əcnəbi futbolçuların sayı çox deyil. Hazırda istirahət üçün vətənlərinə yollanmış legionerlərin hamısına dönüş bileti alınıb.

Onlar yanvarın 6-da komandaya qayıdacaq».

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə