COP29

Azərbaycan klubunda "qələmi qırılan" legionerdən MESAJ

11 Noyabr 2023 17:00 Sumqayıt 604
Azərbaycan klubunda "qələmi qırılan" legionerdən MESAJ

"Sumqayıt"ın əsas komandasından uzaqlaşdırılan Stiven Pereyra uzun müddətdir əvəzedici komandada çıxış edir.

Müdafiəçi B komandası ilə oyunlara çıxmasa da məşqlərdə iştirak edir.

O, məhz bu səbəbdən komandasının yeni mövsüm arxada qalan 12 matçında 1 dəqiqə belə şans qazanmayıb.

Amma deyəsən, onu yenidən əsas komandanın düşərgəsində görəcəyik

Əcnəbin futbolçunun öz sosial şəbəkə hesabından etdiyi son paylaşımı belə deməyə əsas verir.

O, "Sumqayıt" formasında keçirdiyi oyunlardan hazırlanmış videonu "Tezliklə" başlığı ilə "instaqram" hesabında yerləşdirib.

Bu, onun əvəzedici komandaya göndərilməsindən sonra aktiv olduğu sosial şəbəkədə "Sumqayıt"la bağlı ilk postudur.

Stivenin verdiyi mesajın açmasını daha dəqiq öyrənmək üçün özü ilə əlaqə saxlamağa cəhd etdik.

Təəssüf ki, futbolçu etdiyimiz zənglərə, yazdığımız mesajlara cavab vermədi.

29 yaşlı futbolçu 2022-ci ildən "Kimyaçılar"da çıxış edir.

Klubla 2024-cü ilə qədər müqaviləsi olan Pereyra arxada qalan müddətdə 23 oyun keçirib və 1 qol, 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti