
"Bu sual baş məşqçiyə, rəhbərliyə aiddir.
Çünki futbolçu olaraq vəzifəm oynamaq, özümü göstərmək, komandama kömək etməkdir, qalan şeyləri mən həll etmirəm".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın hücumçusu Kamran Əliyev deyib.
O, "Azərbaycan millisində çıxış etmək perspektivini necə görürsən" sualına belə reaksiya verib:
"Təbii ki, Azərbaycan millisində oynamaq istəyim var. Bunu bir neçə dəfə söyləmişəm ki, yığmada çıxış etməklə bağlı heç vaxt "yox" deməmişəm.
Millidə olanların hamısı bunu bilir. Mənimlə bir neçə dəfə danışıblar və hər dəfə onlara milliylə bağlı mövqeyimi demişəm.
Futbolçu olaraq milliyə özünü hazır sayırammı? Bəli. Hətta buna əminəm".