COP29

“Premyer Liqanın səviyyəsi məni qane edir” – İsraili Azərbaycan klubuna dəyişən

9 Noyabr 2023 09:40 Sumqayıt 516
“Premyer Liqanın səviyyəsi məni qane edir” – İsraili Azərbaycan klubuna dəyişən

“Premyer Liqanın səviyyəsi məni qane edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Abu Dosso deyib.

“Kimyaçılar” son mövsümü “Bney Saxnin”da çıxış etmiş Fil Dişi Sahilindən olan müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

O, bura gələndə gözlədiyi mənzərə ilə üz-üzədir, yoxsa fərqli şeylərlə qarşılaşıb?
Afrikalını dinləyək:

“Gördüyüm komandaların hamısı peşəkarlar olduğu üçün səviyyə ilə bağlı problemim yoxdur. Bir professional olaraq çempionata uyğunlaşmaq gündəlik həyatımızın bir hissəsidir.

Ona görə də düşünürəm ki, müşahidə etdiyim fərqləri üstünlüklərə çevirə biləcəm”.

27 yaşlı cinah müdafiəçisi peşəkar karyerası ərzində İsraildə “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti