COP29

Kapitanın qələbə sevinci maraqlı anlara səhnə oldu - VİDEO

9 Noyabr 2023 19:40 Sumqayıt 423
Kapitanın qələbə sevinci maraqlı anlara səhnə oldu - VİDEO

"Sumqayıt" Premyer Liqanın 12-ci turun qələbə ilə başa vurdu.

Doğma meydanda "Araz Naxçıvan"ı qəbul edən "kimyaçılar" inamlı oyunla 3 xalı aktivinə yazdıra bildi - 2:0.

Mövsümün surpriz komandası ilə görüşdə qazanılan vacib qələbəni yerli komanda böyük coşğu ilə qeyd edib.

Komandanın kapitanı Elvin Bədəlov isə atdığı addımla xüsusi olaraq seçilib.

Belə ki, təcrübəli müdafiəçi nəinki özünün, hətta bir neçə əlavə oyun formasını da tərəfdarlara tərəf atıb.

İş o yerə çatıb ki, polislər Bədəlova müdaxilə etməli olub.

Forma üstündə azarkeşlər arasında yaranan qarşılıqlığı görən polis əməkdaşı milli komandamızın da üzvü olan futbolçu da daha forma atmamasını istəyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti