COP29

“Sumqayıt”lılar Qətər klubunun rəhbərliyi ilə bir arada - FOTOLAR

8 Noyabr 2023 00:50 Sumqayıt 368
“Sumqayıt”lılar Qətər klubunun rəhbərliyi ilə bir arada - FOTOLAR

Qətərdə səfərdə olan “Sumqayıt” Futbol Akademiyasının nümayəndə heyəti yerli “Aspire” Akademiyasının rəhbərliyi ilə görüşüb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Aspire” Futbol Mərkəzində baş tutan görüşdə “Sumqayıt” akademiyasının direktoru Hakan Sünalla “Aspire” Akademiyasının Futbol Departamentinin sədri Saeed Ali Al Marri arasında söhbət olub.

Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər və iki akademiya arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca müvafiq yaş qrupları arasında yoldaşlıq görüşləri keçirilib.

Komandalar bu gün və noyabrın 8-də də yoxlama oyunları keçirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti