TƏCİLİ! Samir Abasova qadağa qoyulmalıdır ki...

6 Noyabr 2023 19:00 Sumqayıt 1 473
TƏCİLİ! Samir Abasova qadağa qoyulmalıdır ki...

Son həftələr formaya düşən komandaların başında “Sumqayıt” gəlir.

Baxımlılıq mənasında Samir Abasovun “əli işi” komandanın üzərində görünür.

Əvvəl bu, adda-budda özünü büruzə verirdisə, artıq “Sumqayıt” sürətli və hücuma söykənən tərzi ilə izləyənlərin ona olan marağını bir qədər də artıb.

Premyer Liqanı tərk etmək barədə qətiyyən düşünmürlər. İştah diş altındadır və tonusu aşağı salmasalar, mən “Sumqayıt”ı nisbətən yuxarı yerlərdə görürəm.

Liderlər qrupuna “əlcək atan” “Sumqayıt”a tamaşa etməkdən boyun qaçırmaram.

Samir Abasov 1,5 ildir dəyişib. Deyim niyə. Müqaviləsində belə bir bənd var - klub rəhbərliyi və futbolçuları haqda mətbuat konfransında heç bir mənfi rəy səsləndirə bilməz.

Şərtdən kənara çıxarsa, onu böyük miqdarda cərimə gözləyir.

Burada bir səhvə yol verib, tccili olaraq düzəltsinlər. Bu da medianın özüylə bağlıdır.

“Araz-Naxçıvan”a hər hissədə 1 qol vuran və layiqli qələbə qazanan “Sumqayıt”ın baş məşqçisi mətbuat konfransında sual-cavabın bir hissəsinə diqqət yetirək:

- Bu qələbə kimlərəsə təəccüblüdürsə, onların anlayışı elə bu qədərdir. Təəccübdə də qalsınlar. "Sumqayıt" layiqli qələbə qazandı. Yüksəlişdə olan komandayıq. Bunu qəbul etmək istəmirlərsə, ölüb qalsınlar.

- Bir az müəmmalı danışdınız. Ünvan çəkə bilərsiniz?
- Özünə çatdı.

- Matç bitən kimi klub prezidenti ilə görüşdünüz. Bu, nə ilə bağlı idi?
- Sabahkı planlarımızla, futbolçuların bərpası ilə bağlı idi. Bilirsiz ki, biz bərpanı burada keçirik. Sabah üçün başqa şeylər istədik. 8 gündə 3 oyun keçirdik. Millidən gələnlər 13-14 gündə 5 matça çıxıblar. Klub tərəfindən heç bir istəyimiz rədd edilməyib.

- Ünvanladığınız fikirlər sizi tənqid edən jurnalistlərədir?
- Yox. Mən saytları oxumuram. Bilmirəm kim məni tənqid edir. Sadəcə, mən anlamıram ki, təəccüb nədən irəli gəlir. "Sumqayıt"ın qələbələrinin təəccüblü olmasını bir futbol adamı kimi anlamıram, anlamaq da istəmirəm.

- Qulağınıza çatan fikirlər, sizcə, hər iki komandanın turnir cədvəlindəki mövqeyi ilə bağlı deyil?
- Bizim bəlamız da budur, turnir cədvəlinə görə analiz olunur. Xal fərqinə baxın. Bizim "Zirə" ilə 3 xal fərqimiz var. Əgər hər şeyi turnir cədvəli ilə ölçəcəksizsə, atın bu peşəni.

Abasovun kontraktına yeni bənd əlavə olunmalıdır ki, jurnalistləri aşağılamasın. Bu hüququ ona heç kim verməyib.

Turnir cədvəlini misal gətirib mətbuat işçisinə tənə vurmaq heç bir baş məşqçinin başı üçün deyil. Eləcə də Samir Abasovun.

Udmusan, lap yaxşı. Sevin özünçün. Səhər-axşam qeyd elə bu qələbəni, futbolçunu, komandanı təriflə, nə deyirsən de.

Amma sənin jurnalistlə nə işin? Qələm əhli futbolun, futbolçunun, məşqçinin təbliğatında ən çox zəhmət çəkən tərəfdir.

Sualdan qərəz yağmırsa, normal da cavab verilməlisən ona. Yoxsa “peşəni at”, “onu at”, “bunu at” demək Samir Abbasova düşməyib.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti