Premyer Liqa klubunun prezidenti Braziliyaya gedir – Legoner tapmaq üçün

6 Noyabr 2023 15:00 Sumqayıt 1 863
Premyer Liqa klubunun prezidenti Braziliyaya gedir – Legoner tapmaq üçün

Premyer Liqanın son turunda «Araz-Naxçıvan»a 2:0 hesabıyla qalib gələn «Sumqayıt» transfer bazarında yenidən hərəkətə gəlib.

Turnir cədvəlində 6-cı pilləyə yüksələn «kimyaçılar» artıq avrokuboklar barədə düşünməyə başlayıb.

Heyəti gücləndirməyin yollarını axtaran «gənclik şəhəri» təmsilçisinin rəhbərliyi tezliklə Braziliyaya səfər edəcək.

Klubun prezidenti Cənubi Amerikaya yollanacaq, burada yerli həmkarları və menecerlərlə görüşəcək, həmçinin bəzi oyunları izləyəcək.

«Sumqayıt» adıçəkilən ölkədən azı 2 legioner gətirməyi planlaşdırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!