"Qəbələ" ilə bərabərə bitən (0:0) matçdan sonra "Sumqayıt"ın müdafiəçisi Abu Dosso Sportinfo.az-a müsahibə verib.
- Görüşlə bağlı düşüncələrin necədir?
- Ümumilikdə, yaxşı matç oldu. Düzgün yolda gedirik. Qol vurmaq üçün kifayət qədər şansımız oldu.Bircə səmərəliliyimiz çatışmırdı. Ona görə də qarşıdakı matçlar üçün bunun üzərində çalışacağıq.
- Doğma meydanda növbəti xal itkisi gözlənilməz olmadı?
- Əlbəttə çox gözlənilməz oldu. 3 xalı alacağımıza çox ümid edirdik. Təəssüf ki, bizim üçün çoxlu qaçırılan qol imkanları oldu. Məyusluq hətta üzümüzdən də görünürdü.
- Həftəiçi oyun keçirməyiniz bu matça təsiri etdimi?
- Xeyr, bu matça təsir etmədi. Sadəcə bizim tərəfimizdən effektivliyin olmaması, xüsusən də buraxılmış qol imkanları qələbəyə mane oldu.
- "Sumqayıt" formasında 6 görüş keçirsən də sanki hələ özünü tam göstərə bilmirsən. Öz performansını necə qiymətləndirirsən? Hazırkı durumundan məmnunsan, yoxsa daha yaxşı ola bilərsən?
- Bu çempionat mənim üçün yeni olduğuna görə çempionata çətin başladım. Lakin bir peşəkar kimi öz izimi tədricən qoymağa başlayıram. Məşq və bütün komanda yoldaşlarımın sayəsində yavaş-yavaş formama qayıtmağa başlayıram və yaxşı olmaq üçün işləməyə davam edəcəyəm. Nəyə qadir olduğumu göstərmək üçün əlimdən gələni edirəm. Futbol baxımından öz səviyyə və bacarığımdan razı deyiləm. Daha yaxşısını edə bilərəm, çünki performansımı yaxşılaşdırmaq üçün çox çalışıram və bu, növbəti matçlarımızda hiss olunacaq.
XANOĞLAN İMANOV

