“Finala çıxmaq üçün “Neftçi”, “Sabah” və “Qarabağ”ı məğlub etməyimiz lazımdır”

2 Noyabr 2023 20:20 Sumqayıt 1 131
“Finala çıxmaq üçün “Neftçi”, “Sabah” və “Qarabağ”ı məğlub etməyimiz lazımdır”

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib:

"Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük. Hərçənd ilk oyunumuzu II Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik.

Ondan sonrakı potensial rəqibimiz də I Liqa təmsilçisi olacaq, amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür.

Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma Kubok oyunlarının öz xüsusi ab-havası olur.

Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq".

Yyarışa 2-ci təsnifat mərhələsindən başlayacaq olan "Sumqayıt" bu mərhələdə "Füzuli" - "Lerik" cütünün qalibi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti