Azərbaycan klubu baş məşqçisinə yeni müqavilə təklif etdi – SON DƏQİQƏ

2 Noyabr 2023 12:40 Sumqayıt 2 101
Azərbaycan klubu baş məşqçisinə yeni müqavilə təklif etdi – SON DƏQİQƏ

«Sabah» rəhbərliyi Murad Musayevlə əməkdaşlıqda maraqlıdır.

Komandanın Premyer Liqada zəif çıxışına baxmayaraq, başbilənlər hazırkı baş məşqçiylə yola davam etmək istəyindədir. Özü də uzunmüddətli!

Masazır təmsilçisi 2 ildən artıqdır ölkəmizdə fəaliyyət göstərən rusiyalı çalışdırıcıya yeni müqavilə təklif edib.

«Bayquşlar» sabiq «Krasnodar»lı sükançının minimum daha 2-3 il burada qalmasına tərəfdardır. Hazırda tərəflər arasında danışıqlar gedir.

Musayev ötən mövsüm «Sabah»a ilk yaşadıb. Premyer Liqanın gümüş medalını qazanıblar və Konfrans Liqasında iştirak ediblər.

Hazırda isə komanda Premyer Liqada 8-ci yerdə gedir. 11 tura cəmi 13 xal toplayıblar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti