"Sumqayıt" son vaxtlar maraqlı oynamağa başlayıb”.
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, “Sumqayıt”ın Premyer Liqanın son turlarındakı çıxışı haqda fikirlərini səsləndirib.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində bildirib ki, Samir Abasov komandanı öz üslubuna yaxınlaşdırmağa çalışır:
“Mən bu studiyada dəfələrlə demişəm ki, hazırkı “Sumqayıt” Samir Abasovun komandasına bənzəmir.
Son üç turda isə görürük ki, “Sumqayıt” başqa cür oynamağa başlayıb,
Toparlandıqları görünür. Hətta “Sabah”a 1:3 hesabıyla uduzduqları oyunda da yaxşı təsir bağışladılar.
Mən Kamran Əliyevlə Elvin Bədəlovu da qeyd edərdim”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

