Samir Abasov yavaş-yavaş arzusuna çatır, lakin…

1 Noyabr 2023 23:40 Sumqayıt 831
Samir Abasov yavaş-yavaş arzusuna çatır, lakin…

Samir Abasovun «Sumqayıt»da işi bundan sonra o qədər də çətin olmayacaq.

Hər halda «olmamalıdır» deyə düşünürəm.

Nədən bu fikirdəyəm? «Sumqayıt» yavaş-yavaş onun komandasına bənzəyir.

Sıxıcılıq azalıb, dinamika artıb, istək artıb, inam artıb.

Samir Abasov həmişə bunu arzulayıb – çalışdırdığı komanda onu izləyənlərin zövqünü korlamasın, həvəsini öldürməsin.

Keçən mövsüm bunu edə bilmədilər. Payızda geri dönən baş məşqçi nəyə əl atdısa, alınmadı.

Üğursuzluğa düçar olacaqdı və yalnız sonda bəlanı adlatdı, min bir əziyyətlə Premyer Liqada qaldılar.

Bu mövsüm bir az fərqlidir. «Sumqayıt» rəqiblərdən asılı olmayaraq, meydanı qol vuraraq tərk etmək istəyir. Alınır, alınmır, ikinci məsələdir.

Əsas odur ki, belə bir iddia var və bu, «Sumqayıt»ı maraqlı edir.

«Sabah» üzərində qələbə qazandıqları, «Qəbələ» ilə heç-heçə etdikləri qarşılaşmalar Samir Abasovu «12-ci oyunçu»ya bir addım da yaxınlaşdırır.

Bütün bunlarla yanaşı, icraçı problemini də qeyd etməliyik. Çad yığmasından Kasemir Ninqa gətirilib.

Htss olunur ki, Samir abasov bu afrikalıya Erik Sonqadan daha çox inanır. Ninqa isə estoniyalı hücumçudan birbaş üstün olduğunu hələ təsdiqləyə bilmir.

Girdiyi qol epizodlarını boşa verir. Kamranların ikisi də, istər Əliyev, istərsə də Quliyev onlardan daha xeyirli olar.

Heyhat, Abasov Əliyevlə Quliyevə bir yerdə o qədər də şans vermir. Bu haqda yenə fikirləşsə, özünün və komandasının faydasına işləyər.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti