"O, vingeri hücumçu kimi oynatmağa üstünlük verirsə, mən bir şey deyə bilmərəm"

2 Noyabr 2023 23:40 Sumqayıt 826
"O, vingeri hücumçu kimi oynatmağa üstünlük verirsə, mən bir şey deyə bilmərəm"

"Sumqayıt"ın üstoniyalı hücumçusu Erik Sorqa "Qəbələ" ilə bərabərliklə bitən matç (0:0) haqda Sportinfo.az-a müsahibə verib.

- "Qəbələ" ilə bərabərə bitən matç barədə nələr deyə bilərsən?

- "Qəbələ" ilə oyun bərabər səviyyədə keçdi. Biz imkanlarımızı vura bilsək, matç başqa məcrada gedə bilərdi. "Qəbələ"nin vurduğ qol xoşbəxtlikdən ofsayd qeydə alındı. İkinci yarıda kim qol vursa qalib gələcəkdi. Amma bunu tərəflərdən heç biri bacarmadı".

- Son oyunlar az şans qazanırsan. Bu, nə ilə bağlıdır?

- Bunun nə ilə bağlı olduğunu özüm də bilmirəm. Məşqçi vingeri hücumçu kimi oynatmağa üstünlük verir. Ona qarşı heç bir şey deyə bilmərəm, amma onun mövqeyi dəqiq mərkəz hücumçusu deyil. Hətta “Sabah”la oyunu da xatırlamaq olar. Cinaha çəkiləndə, ofsayd olsa belə, dərhal qol vurdu. Amma yenə də onun cinahda daha faydalı olduğunu düşünürəm.

- Hətta əvvəlki iki matçda ümumiyyətlə ehtiyat qalmışdın...

- Məni əvəzetmədən belə meydana buraxmamalarına gəlincə, üzr istəyirəm, bu sual artıq baş məşqçiyədir".

- Düşünmürsən ki, bir forvard kimi məhsuldar ola bilsən, komandanın nəticələri daha yaxşı ola bilər?

- İndi mənə təkcə məhsuldarlıq haqda düşünmək lazım deyil. Mən sıraya necə qayıtmalı olduğumu anlamalıyam. Düşünürəm ki, bu mövqedə komandamızda məndən güclü futbolçumuz yoxdur. Start heyətində meydana çıxdığım oyunlarımızı uduzmamışıq. Mən hələ də qol vuraraq komandamın qalib gəlməsinə kömək etmək, həmçinin azarkeşləri sevindirmək istəyirəm”.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti