Pakistanlı müdafiəçi “Sumqayıt”a bir də 2024-cü ildə qayıdacaq

27 Oktyabr 2023 17:20 Sumqayıt 575
Pakistanlı müdafiəçi “Sumqayıt”a bir də 2024-cü ildə qayıdacaq

“Sumqayıt”ın legioneri İsa Suliman üçün 2023-cü il bitib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, pakistanlı müdafiəçi əməliyyat olunub.

Azərbaycan Premyer Liqasının X turunun “Sabah”la oyununda zədələnən 25 yaşlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.

Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” xəstəxanasında tanınmış cərrah, Prof.Dr. Mehmet Sərdar Binnət tərəfindən aparılan əməliyyat uğurlu keçib.

Bu gün Sumqayıta dönəcək İsa Sulimanın bərpa prosesinə burada davam ediləcək. Onun təxminən iki aydan sonra çalışmalara başlayacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti