"Sumqayıt"lı futbolçudan "Sabah"ı qəzəbləndirəcək paylaşım - FOTO

26 Oktyabr 2023 22:20 Sumqayıt 1 277
"Sumqayıt"lı futbolçudan "Sabah"ı qəzəbləndirəcək paylaşım -  FOTO

"Sabah" Sumqayıt səfərindən xalsız qayıtdı.

"Kimyaçılar" ilk hissədə Kamran Əliyevin vurduğu qolla 3 xal qazanmağı bacardı.

Qarşılaşmadan sonra "Sumqayıt"ın hücumçusu Kamran Quliyevin paylaşımı diqqət çəkməyə bilməzdi.

"Sabah"ın forvardı qələbə posterinə "Sabah" uje dünəndə qaldı" sözləri yazılmış şəkli öz instaqram hesabından paylaşıb.

Gənclər millimizin 23 yaşlı sabiq üzvü uzun müddət Masazır klubunda çıxış edəb.

O, yay fasiləsində əvəzedici komandaya göndərilməsinə sərt etiraz etmiş, davamında klubunu dəyişməyə qərar vermişdi.

Görünür, futbolçu sabiq komandasının ona gözlədiyi şans verməməsinə hələ də qəzəblidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti