"Sumqayıt"dan iki xəbər birdən - Biri xoş, digəri bəd

20 Oktyabr 2023 23:40 Sumqayıt 1 166
"Sumqayıt"dan iki xəbər birdən - Biri xoş, digəri bəd

Nəhayət, 2 həftəlik fasilə Azərbaycan Premyer Liqasında həftəsonu başa çatır.

10-cu turun maraqlı qarşılaşmalarından biri Masazırda baş tutacaq.

Burada "Sabah" "Sumqayıt"ı qonaq edəcək.

"Kimyaçılar" bu görüşə tam tərkibdə hazırlaşa bilmir.

Belə ki, ən yeni transfer Kristian Velinovski sıradan çıxıb.

Bu səbəbdən son iki turu buraxan legioner fərdi hazırlığa başlasa da kollektiv çalışmalardan hələ uzaqdır.

Ötən ay komandaya qoşulan 24 yaşlı yarımmüdafiəçinin bu turu buraxacağı dəqiqdir.

Əvəzində Mehdi Cənnətovla bağlı xəbər məşqçilər korpusunu sevindirməyə bilməz.

Qolkiper zədəsini tam sağaldıb və Samir Abasovun sərəncamındadır.

Qalır yenidən əsas heyətdə yerini almaq.

Xatırladaq ki, "Sabah" - "Sumqayıt" qarşılaşması sabah 18:00-da "Bank Respublika Arena"da keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti