“Köməkçilərimə dedim ki, sakit qalın, düşündüm ki, nə eləsələr...”

18 Oktyabr 2023 21:00 Sumqayıt 770
“Köməkçilərimə dedim ki, sakit qalın, düşündüm ki, nə eləsələr...”

Ümumiyyətlə, paltardəyişmə otağına getmədim.

Mən onlara nə deyəcəkdim?”.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Sportinfo.az-a açıqlamasında belə söyləyib.

O, Premyer Liqanın ilk dövrəsinin axırıncı turunun “Kəpəz”lə matçından (1:0) danışıb. Bildirib ki, komandasında tələskənlik və dağınıqlıq xüsusilə ilk hissədə hiss olunub.

Maraqlıdır, o, futbolçuları toparlamaq üçün fasilədə nələr deyib? Abasovu dinləyək:

“Oyundan əvvəl hər şeyi görmüşdüm. Köməkçilərimə də dedim ki, sakit qalın.

Düşündüm ki, nə eləsələr, özləri oyunu çıxara biləcəklər. Heç əvəzetmələrə belə, əl atmadım.

Demirəm ki, ikinci hissədə köklü nəsə dəyişdi. Gərginlik yenə hiss olunurdu. Amma ilk hissəyə baxanda daha yaxşıydıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti