"Sumqayıt"lı müdafiəçi oynadı, Pakistan qazandı, qrup mərhələsinə yolu açıldı

18 Oktyabr 2023 08:30 Sumqayıt 697
"Sumqayıt"lı müdafiəçi oynadı, Pakistan qazandı, qrup mərhələsinə yolu açıldı

Pakistan millisi DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin ilkin raundunda evdə Komboca ilə cavab matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Pakistan yığması iki görüşün nəticəsinə əsasən (0:0; 1:0) Asiya üzrə seçmə mərhələ yarışlarının qrup mərhələsinə yüksəlib.

Kombocia ilə cavab oyununda Pakistanın heyətində "Sumqayıt"ın futbolçusu İsa Suliman da iştirak edib. 25 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Pakistan - Komboca - 1:0

Qol: Hamid, 68

İlk görüş - 0:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti