Azarkeş dəstəyi futbolda vacib faktordur.
Xüsusilə uğursuz dönəmə ayaq basanda.
Məsələn, bu gün “Kəpəz”də məşqçi və futbolçular ilk büdrəmədə həmin dəstəyi arxalarında tam hiss etmirlər.
Amma digər Premyer Liqa təmsilçimiz “Sumqayıt”la bağlı mənzərə başqadır.
“Kimyaçılar” yeni mövsümə ardıcıl 2 qələbə ilə əla başlamışdı.
Lakin davamında komanda 5 oyun qələbə üzünə həsrət qaldı.
Hətta belə günlərdə də yerli publika oyunun gedişində baş məşqçi Samir Abasov və futbolçulara dəstəklərin əsirgəmədilər.
“Kəpəz”lə görüşün bərabərliklə başa çatan ilk hissəsində Abasovun adını çəkən tərəfdarlar ona inamların nümayiş etdirmiş oldular.
Sumqayıt təmsilçisinin qələbəsi ilə başa çatan qarşılaşmadan (1:0) sonra Sportinfo.az-a açıqlamasında klubun prezidenti Riad Rəfiyev də bu məqama xüsusi toxunub:
“Sumqayıt azarkeşi mənə görə Azərbaycanın ən böyük azarkeşidir. Burada futbolu çox gözəl bilirlər.
Hər zaman komandanın yanındadırlar. Nəinki oyunlarda, hətta məşqlərdə də iştirak edirlər.
Hər fürsətdə öz dəstəklərin, inamların göstərməyə çalışırlar. Qələbədə onların payı böyükdür. B
uradan onları həm təbrik edirəm, həm də minnətdarlığımı bildirirəm”.
XANOĞLAN

