"Böyük potensialım var, amma özümü Azərbaycanda göstərə bilmirəm"

13 Oktyabr 2023 11:20 Sumqayıt 1 083
"Böyük potensialım var, amma özümü Azərbaycanda göstərə bilmirəm"

"Düşünürəm ki, böyük potensialım var, amma bunu Azərbaycanda tam göstərə bilmirəm ".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın legioneri Roi Kahat deyib.

Premyer Liqanın 9-cu turunda qol hesabını açan və bunun sayəsində komandasına "Kəpəz" üzərində qələbə qazandıran israilli yarımmüdafiəçi etiraf edib ki, hələ potensialını açmağa çətinlik çəkir:

"Bu, fərqli mövqedə oynamağımla bağlıdır, yoxsa adaptasiya prosesini keçməmiyimlə? Fikrimcə, adaptasiya problemim var.

Komanda ilə bağlı hər şey qaydasındadır. İnanıram ki, mövsümün qalan oyunlarında özümü daha yaxşı şəkildə göstərə biləcəm".

"Sumqayıt" Roi Kahatla 2 illik sözləşmə bağlayıb.

O, karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa", "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib.

31 yaşlı futbolçunun son komandası "İroni Kiryat Şmona" olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti