Samir Abasov başını ağrıtmaq istəmir

10 Oktyabr 2023 19:00 Sumqayıt 778
Samir Abasov başını ağrıtmaq istəmir

Samir Abasov başa düşür ki, “Sumqayıt” gələn ilin yayında da avrokuboklara hedə bilməyəcək.

Əlbəttə, istəyir bunu, amma istəməyə nə verirlər ki?!

“Sumqayıt” 2 il qabqakı tarixi yeniləməyə hələ hazır deyil. Klub olaraq demirəm. Söhbər komandadan gedir.

O komandadan ki, son həftələrə kimi tarnsfer əməliyyatlarını davam etdirib. Hazırda düşərgədə xeyli sayda yeni futbolçuya rsat gəlməkdəyik, əksəriyyəti də legioner.

Bu qədər debütantın olduğu yerdə birinci daşlar öz yerinə oturmalıdır, sonra da kollektiv formalaşdırılmalıdır.

Abasovun bütün gümanları gələn ilə aiddir. Təzə gələnlərin adaptasiyası daha 2-3 ay alacaq onlardan.

Onadək isə xal ehtiyatını bacardıqca artırmaq baş məşqçinin ən böyük arzusudur. İnididən turnir cədvəlinin təhlükəli zonasından uzaqlaşmaq lazımdır ki, qışdan sonra narahatlıq və gərginlik böyüməsin.

Söz var, əldən qalan əlli il qalar.

Abasov Premyer Liqada qalmaq məqsədinin öhdəsindən ikinci dövrəınin sonunadək gəlməyi planlaşdırır ki, problemlər başını çox ağrıtmasın.

O, özünü və komandanı “Kəpəz”lə qarşılaşmaya da bu cür hazırlamışdı. “Sumqayıt” açıq mübarizəyə girişmədi, nəticəni fikirləşdi.

Zaman-zaman tempi gah qaldırdılar, gah endirdilər. Oyunun “ip”ini əldə tutdular.

Başıalovlu irəli atılmadılar, müdafiədə zonaları bağlı saxladılar. Düzgün etdilər.

Öz aramızdır, bu gün baxımlı futbol haqda fikirləşmək Samir Abasovun harasına yaraşır?!

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti