7 oktyabrda Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum təşkil edib.
Bunun ardınca İsrail ordusu “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olunub.
Arxada qalan 2 sutka ərzində qanlı döyüşlərdə 1000-dən çox insan həyatın itirib, minlərlə insan yaralanıb və ya əsir düşüb.
Yaxınlarını itirənlər arasında “Sumqayıt”ın şərəfin qoruyan Roi Kehat da var.
31 yaşlı yarımmüdafiəçinin xanımının bacısı əri döyüşlərdə öldürülüb.
Bu faktı başverənlər barədə Sportinfo.az-a açıqlama verən israilli futbolçu özü deyib:
“Hazırda orada çox pis hadisələr baş verir. Davamlı olaraq dostlarım, qohumlarımla əlaqə saxlayıram.
İsrailin müxtəlif şəhərlərinə hücumlar var. Həyat yoldaşımın bacısının əri hücumlar zamanı vəfat edib.
Təkcə mənim deyil, mütləq ki, hər kəsin yaxınlarından kiminsə başına pis hadisə gəlib. Çünki qızğın döyüşlər gedir”.
XANOĞLAN

