
"Sumqayıt" MOİK rəhbərliyinin təklifinə "yox" cavabı verib.
Söhbət birinci liqa təmsilçisinin ev oyunlarını "Kapital Bank Arena"da keçirmək istəyindən gedir.
Ordu klubu hazırda Binə qəsəbə stadionunun xidmətindən yararlanır.
Adıçəkilən arenanın süni örüyü bərbad durumdadır.
Rəhbərlil çıxış yolunu müvəqqəti olaraq Sumqayıta köçməkdə görüb.
Amma "Kimyaçılar"ın rəsmiləri "Kapital Bank Arena"nın əsas və köməkçi meydançasının yüklənməsindən ehtiyat edərək qarşı tərəfə mənfi rəy verib.
SPORTİNFO.AZ