
Mövsümə ardıcıl iki qələbə ilə start verən "Sumqayıt" son 4 turda heç cür özünə gələ bilmir.
Komanda iki görüşdə məğlub olubsa, digər 2 matçda bərabərlik əldə olunub.
Yaranmış mənzərə yerli publikanı hələki ciddi narahat etmir.
Tərəfdarlar baş məşqçi və futbolçu kollektivinə güvənir.
Hər halda "Turan"la qarşılaşmadan sonra (0:0) fanatların futbolçuları yanına çağırıb alqışlaması, dəstək olması bundan xəbər verir.
Bir nəfər xaric.
Belə ki, ortayaşlı həmin azarkeş xal itkisinə yaman qəzəblənmişdi.
Azarkeşlərin addımına hirslənən tamaşaçı ardınca üzünü futbolçulara tutaraq "Ayıbdır, utanmırsız" - deyə sərt etirazını bildirdi.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anın görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz: