Premyer Liqa klubu bu sponsorla əməkdaşlığa son qoyub? - FOTOLAR

23 Sentyabr 2023 16:00 Sumqayıt 1 061
Premyer Liqa klubu bu sponsorla əməkdaşlığa son qoyub? - FOTOLAR

"Sumqayıt" klubu uzun müddətdir əməkdaşlıq etdiyi "Kapital Bank"la əməkdaşlığa son qoyub.

Bunu arenaın reklam lövhələrinə diqqət edərkən sezmək mümkündür.

Belə ki, stadionun qapısı arxasında bankın adı yazılan böyük yazı yığışdırılıb.

Əvəzində klubun adı yazılan böyük banner həmin yerə vurulub.

Lakin əldə etdiyimiz məlumata görə, klub bir neçə ildi əməkdaşlıq etdiyi bankla bağları tam olaraq kəsməyib.

Reklam lövhələri yığışdırılsa da arenanın ad sponsoru olaraq "Kapital Bank" hələ də qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti