"Təəssüf ki, bacarmadıq"

22 Sentyabr 2023 19:40 Sumqayıt 640
"Təəssüf ki, bacarmadıq"

Premyer Liqanın 6-cı turunda “Zirə”yə məğlub olan “Sumqayıt”ın yarımmüdafiəçisi Masaki Murata Sportinfo.az-a açıqlama verib.

Yaponiyalı öncə matçı dəyərləndirib:

“Hücumda və müdafiədə kifayət qədər hərəkət yox idi. Müdafiədə aqressiv olmalı və yüksək təzyiq göstərməliydik.

Hücumda isə rəqib geri çəkilməmiş və öz heyətini qurmamışdan əvvəl hücuma keçməli idik. Təəssüf ki, bacarmadıq”.

24 yaşlı yarımmüdafiəçi əla stratın ardınca adıcıl iki görüşdə məğlub olmalarını belə dəyərləndirib:

“Bu beş oyunda bir neçə yaxşı oyunumuz oldu, bir də pis oyunumuz oldu. O da “Zirə” ilə qarşılaşmaya aiddir. Çalışacağıq ki, növbəti turlar mümkün qədər çox yaxşı oyun keçirək”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”