"Bir az əsəbiləşdim" - Premyer Liqamızın yeni legioneri

21 Sentyabr 23:00 Sumqayıt 366
"Bir az əsəbiləşdim"  - Premyer Liqamızın yeni legioneri

“Sumqayıt”ən ən son heyətinə qatdığı yeni transfer Kristian Velinovski Sportinfo.az-a açıqlama verib.

Şimali Makedoniyadan olan legioner ilk olaraq yeni klubundakı təəssüratlarını bizimlə bölüşüb:

“Sumqayıt”a qoşulduğum üçün çox məmunam. Klubda hər kəs mənə qarşı çox xoş rəftar edir. Burada özümü evimdəki kimi hiss etməyə başlamışam”.

24 yaşlı vinger Premyer Liqanın 6-cı turunun “Zirə” ilə matçında debüt imkanı da əldə etdi. Komandasının məğlub olduğu görüşdə (0:1) Kristian 21 dəqiqə meydanda oldu.

O, ölkəmizdəki ilk görüşü haqqında da söz açıb: “Yeni klubumda keçirdiyim ilk dəqiqələrə görə çox şadam. Meydanda əlimdən gələni etməyə çalışdım.

Gələcəkdə daha çox meydanda olmaq üçün səbrsizlənirəm.

Amma debüt matçımda nəticəyə görə bir az əsəbiləşdim. Təəssüf ki, məğlub olduq, amma rəqibdən daha yaxşı oynadığımızı düşünürəm”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu